15:39 26.10.2021 6075

Əlvida, Elnur, əlvida! 

Həmkarım və iş yoldaşım Elnur Əşrəfoğlunun əziz xatirəsinə 

Düz bir həftə keçdi son mənzilə yola salındığından. Artıq yeddi gündür ki, aramızda yoxsan. Həqiqətənmi yoxsan aramızda?! Doğrudanmı sənin kimi şən, həyatsevər bir insanı əbədi olaraq itirdik?! Həqiqətənmi artıq o xoş səsini eşitməyəcək, gülər üzünü bir daha görməyəcəyik?! İnanılasıdırmı?! Axı, necə barışaq bütün bunlarla, Elnur?! Niyə belə etdin, nədən bizə bu boyda zərbə vurdun?! Sənin kimi həyat eşqilə dolu, optimist, gülərüz bir insanın ölümünə heç kəsin inanmağı gəlmir, səni tanıyan heç kəsin. Nə yaman tez getdin, qardaş?! Bir dəfə də olsun arxaya baxmadan, yazılanlara cavab vermədən, heç bir çağırışa məhəl qoymadan, birdəfəlik. Həyatdan küsdün yoxsa?! Hər addımda rastlaşdığımız haqsızlıqlardanmı bezdin?! Sənə layiq olduqlarının heç birini verməyən bu cəmiyyədənmi incidin?! 

Xəstəxanadan mənə son yazdığın əla işarəsi olmuşdu. İşimizlə bağlı yazışmada sayta baxdıqdan sonra “əla” dedin və bununla da susdun. Niyə, qardaş, niyə yazmadın?! Nədən bu qədər daşürək oldun?! Son mesajlarıma cavab verməyəndə isə yazmaq halında olmadığını ağlıma belə gətirməmişdim. Düşündüm ki, yəqin qohum-qardaş çox yazır, vaxtın yoxdur. Hər gün, hər saat, hər dəqiqə səbirsizliklə cavab gözlədim səndən. Böyük ümidlə yazacağına inandım. Yazmadın. Cavab gəlmədi ki, gəlmədi. Hardan biləydim namərd xəstəliyin bu dərəcədə azğınlaşdığını?!

Lənətə gəlmiş koronavirus  bəlasına tuş gəldiyin vaxtdan sonra başımız nələr çəkmədi, qardaş?! Nə gecəmiz oldu, nə də gündüzümüz. Son həftələr səndən dəqiq xəbər tuta bilməməyimiz sözün həqiqi mənasında dəhşət yaşatdı bizlərə. Son dərəcə aciz qaldıq. Səhhətindən doğru-dürüst məlumat almaq üçün bütün günü telefon və kompüterdən asılı qaldıq. Evdə, yolda, işdə - hər yerdə. Gücümüz buna çatdı ancaq. Bütün bunlara baxmayaraq, hamımız ümidlə yaşadıq. Səni tanıyan hər kəs xəstəliyə qalib gələcəyinə inandı. Hətta qayıdışınla bağlı xəyallar da qurmağa başlamışdıq... Ancaq...  

Oktyabrın 19-da “Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat etdi” xəbərini eşidincə, bütün ümidlərimiz puç oldu. Dəhşət saçan, gözlərimizdə dünyanı qaraya boyayan və sosial mediada ildırım sürətilə yayılan amansız ölüm xəbəri... Öncə inanmaq istəmədik, sanki özümüzü aldatmağa çalışdıq. Ancaq sonunda həyatın sərt qanunları öz sözünü dedi və  bizləri insan həyatında baş verə biləcək ən acı xəbərin gerçəkliyi ilə barışmağa məhkum etdi... 
İnan ki, çox ağırdır, qardaş, çox. İş otağının qarşısından keçmək olmur. Bu acı həqiqətin yaratdığı sükut adamı vahimələndirir. Dözülməzdir. Hər addımda xatirələrinlə üzləşirik.  Otaqlardan, dəhlizlərdən gələn o gülüş səslərinə, gözəl, baməzə zarafatlarına həsrət qalmışıq.  Hamısı xatirələrə çevrilib artıq. İnanılmazdır.

“Niyə kömək ola bilmədik”?!, “Nədən  xilas edə bilmədik”?! sualları çıxmır beynimizdən, sızladır, məhv edir bizləri. Nə qədər acınacaqlı olsa da, haqlıdır bu suallar. Bəli, kömək ola, xilas edə bilmədik səni. Bağışla bizi, Elnur, bağışla! İnanmadıq ölümünə qardaş, heç inanmadıq. Yaraşmırdı axı ölüm sənin gülərüz canına. Aldatdın bizi, aldatdın. Deyə-gülə getdin həmişəki kimi, ancaq qayıtmadın bu dəfə. Gözüyaşlı qoydun bütün ətrafını.

Son mənzilə yola salınanda ailə üzvlərinin, qohumlarının, iş yoldaşlarının, dost-tanışların göylərə ucalan ah-naləsin eşitdinmi?! Rəhim həkimin çiskin yağış kimi dayanmaq bilməyən, fasilə verməyən hıçqırtısını duydunmu?!  Boynu bükük qalmış İsfəndiyarın fəryadını, hönkürtüsünü seyr etdinmi?! Yaxınlarının, dostlarının ürək dağlayan görüntülərinə acıdınmı?! Bəli, bütün bunları eşitdin, duydun, seyr də etdin. Ancaq bizə qarşı yaman insafsızlıq etdin, qardaş, səsimizə səs vermədin. Nə haraylara cavab verdin, nə fəryadlara, nə  hönkürtülərə, nə də hıçqırtılara. 

Nədən belə tələsdin bu dünyadan köçməyə, Elnur?! Axı, sənin həyatının əsas hissəsi hələ qabaqda idi. 47 yaş nədir ki?! Nə qədər arzular, nə qədər planlar... Hamısı yarımçıq qaldı... Heç doğulduğun Zəngilan rayonuna da qovuşa bilmədin. Tez-tez deyirdin “Müəllim, bir gün gedərik Cəbrayılı da, Zəngilanı da ziyarət edib gələrik”. O da qismət olmadı, o arzun da ürəyində qaldı. Heç olmasa, Zəngilanı görsəydin, indi bizim üçün də bir təsəlli olardı.

Ancaq hardasa bir təsəlli yerimiz də oldu, qardaş. Biri ətrafının səni böyük hörmət və dərin ehtiramla son mənzilə yola salması, digəri isə nəfəs aldığın, onunla böyüdüyün, həyatının mənasına çevirdiyin futbol aləmindən sənə göstərilən sayğı. “Qarabağ” FK və vaxtilə çalışdığın “Neftçi” PFK öz oyunlarında səni böyük ehtiramla yad etdilər. Stadionlardakı bütün tablolarda fotoların yer aldı. Bəlkə də həyatda ən çox sevdiyin, doğma sandığın idman arenası olan Tofiq Bəhramov adına Respublika stadionu da sənə böyük cevgiylə qucaq açdı və sonra da dərin bir kədərlə “əlvida” dedi. Hər iki oyun televiziyada canlı yayınlandığından bütün Azərbaycan səninlə vidalaşa bildi. Gözəl diksiyanla, mükəmməl aparıcılıq qabiliyyətinlə sevimlisinə çevrildiyin milyonlarla azarkeş səni bir daha xatırladı və böyük təəssüf hissi ilə yola saldı.
Həyat səni bizdən çox tez ayırdı və əbədiyyətə qovuşdurdu, qardaş. Ancaq sən hər zaman bizimlə olacaqsan, daim qəlbimizdə yaşayacaqsan. 

Əlvida, Elnur, əlvida!

Vaqif ALIOĞLU

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
13:35

Bakı klubunun futbolçuları hələ də maaşlarını ala bilməyiblər

13:17

KL: Bu gün 2 oyun keçiriləcək

12:59

Neymar qalmaqal yaratdı, klub prezidenti onu "təlxək" adlandırdı - VİDEO

12:41

Hakan Çalhanoğlu "İnter"dən ayrılır?

12:22

AL: Azərbaycan klublarının "hazırlaşdırdığı" "Ferenstvaroş" ÇL-dən qovulan Polşa təmsilçisinə qarşı

12:03

"Qarabağ" iki oyunun nəticəsinə görə "Dinamo Kiyev"ə qalib gələ bilər"

11:45

Mourinyu "Qalatasaray" ilə "Beşiktaş"ı məyus etdi

11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X