
İyunun 11-də start götürən DÇ-2026 davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.
B qrupunda mundialın ev sahiblərindən olan Kanada ilə Bosniya və Herseqovina milliləri üz-üzə gəliblər. Matçda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 dəfə fərqləniblər.
B qrupunda yer alan Qətər və İsveçrə isə sabah eyni vaxtda qarşılaşacaqlar.
Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.
DÇ-2026
B qrupu, 1-ci tur
12 iyun
Kanada - Bosniya və Herseqovina 1:1
Qollar: Kayl Larin, 78. - Yovo Lukiç, 21.