
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında daha dörd oyun baş tutacaq.
Fanat.Az xəbər verir ki, E qrupunun ilk matçında Almaniya Kurasao seçməsini sınağa çəkəcək.
Qarşılaşma 14 iyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Gecənin mərkəzi qarşılaşmasında Niderland Yaponiya ilə üz-üzə gələcək, Fil Dişi Sahili isə Ekvador duelinə çıxacaq.
Saat 05:00-da isə İsveç - Tunis oyununa start veriləcək.
DÇ-2026
14 iyun
E qrupu
I tur
21:00. Almaniya - Kurasao
Baş hakim: Calal Cayed (Mərakeş).
Hyuston stadionu
F qrupu
I tur
00:00. Niderland - Yaponiya
Baş hakim: İsmail Elfat (ABŞ).
Dallas stadionu
G qrupu
I tur
03:00. Fil Dişi Sahili - Ekvador
Baş hakim: Fransua Leteksye (Fransa).
Filadelfiya stadionu
H qrupu
I tur
05:00. İsveç - Tunis
Baş hakim: Yael Falkon (Argentina).
Monterrey stadionu