
Dünya çempionatının əsas favoritlərindən sayılan İspaniya ilə matçda böyük sürprizə imza ataraq bərabərlik qazanan Kabo-Verde millisinin bu uğurundakı əsas pay sahibi qapıçı Vozinya olub.
Fanat.Az xəbər verir ki, qarşılaşma ərzində düz 7 mühüm seyv edərək matçın ən yaxşı oyunçusu seçilən 40 yaşlı təcrübəli qolkiper, mundial tarixində qapısını toxunulmaz saxlayan ən yaşlı əlcək sahibi ünvanını əldə edib.
Yaşıl Burun Adaları təmsilçisinin bu tarixi uğuru qeyd etdiyi anlarda Vozinyanın meydandakı qəhrəmanlığı qısa müddətdə onun sahə kənarındakı populyarlığına da ciddi təsir göstərib.
Belə ki, sosial mediada təcrübəli qapıçının matçdan əvvəl 50 min olan izləyici sayı sürətlə artaraq 2,4 milyona çatıb.
Təxminən 500 min əhalisi olan Kabo-Verde millisi turnirin ən diqqətçəkən sürprizinə imza atmaqla yanaşı, qrupdakı növbəti Uruqvay və Səudiyyə Ərəbistanı oyunları öncəsi pley-offa yüksəlmək ümidlərini maksimuma çatdırıb.
Kamil Xudiyev