
Dünya çempionatında çııxış edən Almaniya yığmasının məşqi zamanı hər kəsi qorxuya salan gözlənilməz hadisə baş verib.
Fanat.Az xəbər verir ki, Şimali Karolinada reallaşan məşq prosesində yaşıl meydana zəhərli "misbaş" (copperhead) ilanının daxil olması səbəbindən almanların hazırlığı qısa müddətə dayandırılıb.
Komanda kapitanı Coşua Kimmix məşhur "BILD" nəşrinə verdiyi açıqlamada hadisəni təsdiqləyərək komandadakı gərgin anlardan danışıb. Təcrübəli yarımmüdafiəçi ilanın olduqca zəhərli olduğunu və dişləyəcəyi təqdirdə dərhal xəstəxanaya yollanmalı olduqlarını öyrəndiklərini bildirib.
Almaniyada bu dərəcədə təhlükəli heyvanlarla rastlaşmadıqlarını vurğulayan Kimmix, düşərgədə artıq hamının daha diqqətli və ehtiyatlı davranmağa çalışdığını sözlərinə əlavə edib.
Kamil Xudiyev