
DÇ-2026-nın qrup mərhələsində Bosniya və Herseqovinanı 4:1 hesabı ilə məğlub edən İsveçrə millisinin heyətində gənc hücumçu Yohan Manzambi tarixi uğura imza atıb.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın 72-ci dəqiqəsində meydana daxil olan 20 yaşlı gənc istedad matçın taleyini həll edib. Oyuna sonradan qoşulmasına baxmayaraq, rəqib qapısına iki qol vuran Manzambi komandasının böyükhesablı qələbəsində əsas pay sahiblərindən biri olub.
Bu dublla gənc futbolçu həm də Dünya çempionatları tarixinə düşüb.
Belə ki, Manzambi Dünya Kuboku matçlarında oyuna sonradan daxil olaraq iki qol vuran ən gənc oyunçu ünvanını qazanıb.
Kamil Xudiyev