
Türkiyə millisinin müdafiəçisi Abdülkerim Bardakçı dünya çempionatları tarixinə keçən bir ilkə imza atıb.
Fanat.Az xəbər verir ki, təcrübəli oyunçu dünya çempionatı tarixində bir matçda heç bir pas səhvi etmədən ən yüksək dəqiq ötürmə sayına çatan futbolçu olub.
"Opta" statistika şirkətinin rəsmi məlumatına görə, Abdülkerim Paraqvayla qarşılaşma boyu etdiyi 98 ötürmənin hamısını doğru ünvanlayaraq 100% dəqiqlik ilə oynayıb.
Mundiallar tarixində hələ belə bir göstəriciyə imza atan başqa bir müdafiəçi olmayıb.