
Dünya çempionatı çərçivəsində keçirilən İspaniya – Səudiyyə Ərəbistanı matçından önçə ərəb azarkeşlərin stadion ətrafında rəqib "Where is Yamal?" (Yamal haradadır?) şüarları səsləndirməsi sosial şəbəkələrdə böyük rezonans doğurmuşdu. Səudiyyəli fanatların bu atmacasına cavab gecikməyib.
Fanat.Az xəbər verir ki, İspaniya millisi meydanda rəqibinə göz açmağa imkan verməyərək Səudiyyə Ərəbistanını 4:0 hesabı ilə darmadağın edib.
Matçda parlaq oyun nümayiş etdirən və qolla fərqlənən Lamin Yamal rəqib azarkeşlərin həmin videosunu öz rəsmi sosial şəbəkə hesabında paylaşaraq onlara qısaca belə cavab verib: "Mən buradayam".
Gənc ulduz həmçinin "Vamos España!! Dəstək olan hər kəsə təşəkkürlər, hər zaman Allahla" sözlərini əlavə edərək qələbəni qeyd edib.