
Dünya çempionatındakı Qana - İngiltərə matçı öncəsi afrikalıların məşhur şamanı mətbuata qeyri-adi açıqlamalar verib.
Fanat.Az "Daily Star" nəşrinə istinadən xəbər verir ki, Qanalı cadugər həkim Nana Kvaku Bonsam İngiltərə millisinin kapitanı Harri Keyni lənətləyəcəyinə söz verib.
Bonsam açıqlamasında: "Harri Keynin üzərində işləyirəm. Onun ciddi zədə almasını istəmirəm, sadəcə ölkəmə qarşı oynaya bilməməsi üçün onu dayandırmaq mənə kifayət edəcək.
Qanaya kömək etmək üçün öz işimi görəcəyəm", — deyə bildirib.