Topaz Premyer Liqasının IX turunda "Neftçi"yə uduzduqdan sonra 4 günlük istirahətə buraxılan "Qəbələ" oktyabrın 8-dən hazırlıqlara start verib. Fanat.az xəbər verir ki, baş məşqçi Yuri Syominin rəhbərliyi altında Qəbələdə biraraya gələn komanda gündəlik iki məşqlə növbəti - X turda baş tutacaq "İnter"lə oyuna hazırlaşır.
Hazırlıq prosesində milli komandaların heyətində olan Elnur Allahverdiyev, Vladimir Levin (hər ikisi Azərbaycan milli komandası), Deyan Kelhar (Sloveniya milli komandası), Ürfan Abbasov (Azərbaycan U-21), Sadiq Quliyev, Elvin Camalov (hər ikisi Azərbaycan U-19), zədədən sonra bərpa prosesi keçən Rail Məlikov və Omar Kalabane iştirak etmir.