Rusiya yığmasının yarımmüdafiəçisi Denis Qluşakova Azərbaycan futbolu haqda dörd suala cavab verib.
- Tofiq Bəhramov kimdi?
- Hakim. Ancaq xatırladın ki, nə ilə məşhurlaşıb.
- 1966-cı il dünya çempionatının finalında ingilislərin mübahisəli qolunu qeydə alıb.
- Hə! Bu epizoda Internetdə baxmışam... Qol olub? Bunun üçün bir də videoya baxmaq lazımdı.
- “Qəbələ” nədi?
- Bu klubda Syomin işləmir? Düzdü! Bu, onun komandasıdı.
- Teryer kimdi?
- İt.
- Ümumiyyətlə, hə. Ancaq Berti Foqtsu meydanda yapışıqlı oyunu və güzəştsiz xarakterinə görə belə çağırırdılar...
- Düzü, bilmirdim ki, Azərbaycan yığmasının baş məşqçisinin belə ləqəbi var.
- Abışov harda oynayır?
- Hansı, bəstəboy?
- Yox, 187 sm boyu olan...
- Onda bilmirəm. Niyə məhz onun haqda sual?
Fanat.az