"Ser Aleks mənim agentimlə danışdı və biz Parisdəki Şarl de Qoll aeroportunda görüşdük. O, fransızca bilmədiyi üçün danışıqları praktiki olaraq Devid Hill aparırdı".
Fanat.Az xəbər verir ki, bunu Fransa millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Patris Evra deyib.
Evra 2006-cı ildə "Monako"dan MY-yə necə keçdiyini açıqlayıb:
"Yaxşı yadımdadır, o, mənə belə sullar verirdi: "Sən içirsən?" - "Yox". Gecə məclislərinə qatılmaqdan xoşun gəlir?" - "Hərdən". "Bir oyun belə, uduzmamağa hazırsan?" - "Hə". "Hətta heç-heçəyə də razılaşmamağa hazırsan?" - "Hə".
Mənə elə gəlirdi ki, xüsusi xidmət orqanlarında sorğu-sualdayam.Onun əlini sıxarkən öz-özümə fikirləşdim: "Bu adamın ümidlərini doğrultmasam, məni öldürəcək". Unudulmaz anlar idi.
Əvvəllər "Mançester Yunayted"i Erik Kantonaya görə izləyirdim. Kantona mənim üçün çox şey demək idi. Ancaq Ferqüsonla görüşən zaman xüsusi hisslər keçirdim".
Nihat