"Liverpul"un, "Real Madrid"in və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Stiv Makmanaman "qırmızılar"ın Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Atalanta"dan aldıqları məğlubiyyəti (0:3) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, fikirlərini "Daily Mail"ə bölüşüb:
"Təbii ki, bu qələbə “Atalanta” üçün çox şey deməkdir. Onlar "Enfild"də turnirin favoritinə qarşı oynayıblar. "Liverpul"un Avropa Liqasının finalına piyada gedəcəyi gözlənilirdi. Və vau! "Atalanta" bu söhbətlərə son qoydu. "Liverpul" bu mövsüm əla idi, amma bu gecə yox".
Nihat