"Bayer"in yarımmüdafiəçisi Florian Virts Almaniya çempionatında "Verder"lə matçda het-trik edib.
Fanat.Az xəbər verir ki, o, Bundesliqa tarixində komandasına çempionluq titulunu 3 qolla təmin edən ilk oyunçu olub.
Bu barədə "Gracenote" məlumat yayıb. Futbolçu "Verder"lə matçın ikinci hissəsində meydana çıxıb.
Leverkuzendəki stadionda baş tutan “Bayer” – “Verder” matçında rəqibini 5:0 hesabı ilə darmadağın edən Xabi Alonsonun yetirmələri qələbəni bayram edərək Almaniya çempionu olublar. 29 turdan sonra Leverkuzen komandası 79 xal toplayıb və ən yaxın izləyicisini 16 xal qabaqlayır.
Mirağa