Avropanın böyük klublarının diqqətini ayırmadığı Rafinyanın yayda "Barselona"nı tərk etməsi çətinləşib.
Fanat.Az xəbər verir ki, Kataloniya nəhənginin rəhbərliyi onu 80 milyon avrodan aşağı satmayacağını qərarlaşdırıb.
Bu barədə "Sport.es" məlumat yayıb.
PSJ-yə vurduğu iki qoldan sonra braziliyalı futbolçuya görə adı açıqlanmayan İngiltərə Premyer Liqa klubundan 60 milyon avroluq təklif alan "Barselona" qiyməti daha 20 milyon artırıb. Klub rəhbərliyi yalnız bu yolla performansından razı olduğu hücumçunun gedişini əngəlləmək fikrindədir.
Rafinya bu mövsüm 31 oyun keçirib və bu görüşlərdə 8 qol vurub, 10 məhsuldar ötürmə edib.
Mirağa