"Bayern Münhen"in əfsanəvi qapıçısı Oliver Kan cari mövsümün sonunda postundan ayrılacağı dəqiqləşən baş məşqçi Tomas Tuxelin Almaniya nəhəngi ilə Bundesliqanın qalibi ola bilməməsinin səbəbini açıqlayıb.
Fanat.Az-ın məlumatına görə, "Bayern & Germany" Kanın dediklərini belə çatdırıb:
"Avropanın ən maraqlı mütəxəssislərindən birinin - "Çelsi" ilə Çempionlar Liqasının qalibi olmuş Tuxelin Münhendə ciddi çətinliklərlə üzləşməsi çox şeydən xəbər verir.
Cari mövsüm "Bayer Leverkuzen" Bundesliqada möhtəşəm performansla diqqət çəkdi. Onların inanılmaz məğlubiyyətsiz oyunlar seriyası var. Bu faktın hansısa anda "Bayern"ə təsir etməsi başadüşüləndir. Etiraf etməliyik ki, Leverkuzen təmsilçisi əsrin mövsümünü keçirdi. "Bayern"in çempion olmağı bacarmamasının yeganə səbəbi budur. Çempionlar Liqasında isə hər şey fərqlidir".
Nihat