"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"a qarşı keçirdikləri oyunlarda (2:2, 1:0) Tomas Mülleri ehtiyatda saxlaması ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" onun sözlərini belə çatdırıb:
"Bizim Müllerlə yaxşı münasibətimiz var və ümid edirəm ki, bu mənada nəsə dəyişməyəcək. Oynamaması onun da xoşuna gəlmir, mənim də. Ehtiyatda qalması ilə bağlı Tomasa heç nə deməmişəm.
Bu onun idman statusunu aşağı salmayan idman qərarı idi. Müller peşəkardır. O, səylə çalışır və oyunlardan həzz almağa davam edir".
Nihat