Türkiyə millisinin italiyalı baş məşqçisi Vinçentso Montella karyerasını ölkəsində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Məlumata görə, 49 yaşlı Montella ilə "Napoli" maraqlanır. Mənbə sözügedən mütəxəssisin Neapol təmsilçisini çalışdırmağa əsas namizədlərdən biri olduğunu açıqlayıb.
Montella ötən ilin sentyabrından Türkiyə seçməsinin "sükanı arxası"ndadır.
"Napoli"nin baş məşqçisi Françesko Kaltsonanın mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.