"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda 2:0 hesabı ilə məğlub etdikləri "Roma" ilə bu gün keçirəcəkləri cavab qarşılaşması barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı ispan mütəxəssisin sözlərini belə çatdırıb:
"Cavab qarşılaşması həmişə təhlükəlidir. İki top fərqi ilə üstün olsaq da, qapımıza vurulacaq bir qol mübarizənin taleyini həll edə bilər. Matçın başlanğıcından diqqətli olmalı, ehtiyatı əldən verməməliyik".
Qeyd edək ki, Leverkuzendəki "Bay-Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Nihat