Avropa Liqasının dünən keçirilən finalında "Atalanta"ya 0:3 hesabı ilə uduzan "Bayer Leverkuzen"in yarımmüdafiəçisi Robert Andrix oyun haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Bu məğlubiyyətin hansısa vacib olmayan oyunda qeydə alınmasını istəyərdim. Yenilgini qəbul etmək çox çətindir. Ancaq biz reallıqla barışmalı, özümüz olmalıyıq. Hər şey layiqli sonluqla başa çatdı. Biz başımızı dik tutmalı və "Atalanta"nı təbrik etməliyik. Onlar bu gün qələbəni haqq edirdilər".
Nihat