"Napoli"nin iki futbolçusu - cinah hücumçusu Xviça Kvaratsxeliya və mərkəz müdafiəçisi Alessandro Buoncorno karyeralarını İngiltərə nəhəngində davam etdirə biərlər.
Fanat.Az xəbər verir ki, məlumatı "Tuttomercatoweb" yayıb.
Xəbərə görə, hər iki oyunçunun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə MY-nin nümayəndələrinin İtaliya A Seriyasının 8-ci turu çərçivəsində keçirilən "Napoli" - "Empoli" matçını (1:0) tribunadan izlədiklərini vurğulayıb. Komandasının yeganə qoluna imza atan Kxaratsxeliyanın hələ yeni müqavilə ilə bağlı Neapol təmsilçisi ilə razılığa gələ bilməməsinin "qırmızı şeytanlar"ı ümidləndirdiyi diqqətə çatdırılıb. Xviçanın illik 8 milyon avro maaş tələbə etməsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan indiki sazişin yenilənməsini ləngitdiyi və bu gedişlə "Napoli"nin gürcünü satmaq fikrinə düşəcəyi qabardılıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 10 oyuna çıxan Xviça 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat