
FİFA prezidenti Canni İnfantino Ukrayna yığması ilə keçirdikləri yoldaşlıq görüşü zamanı Danimarka millisinin huşunu itirən yarımmüdafiəçisi Kristian Eriksendən danışıb.
Fanat.Az xəbər verir ki, ali futbol qurumunun rəhbərinin videosu sosial şəbəkələrdə yerləşdirilib:
"Kristian Eriksenin özünə gəldiyini və Ukrayna ilə matçda yaşananların ardından lazımi tibbi yardım aldığını eşitdiyim üçün şadam. Kristiana şəfalar diləyirəm. Onun ailəsinə və Danimarka yığmasına ən xoş arzularımı çatdırıram. Tibbi personalın və oyunun rəsmi şəxslərinin operativ və effektli işini vurğulamalıyam".
Xatırladaq ki, Eriksenin koronavirus pandemiyası səbəbindən 2021-ci ildə keçirilən Avropa çempionatında da ürəyində problem yaranmışdı. Fransa seçməsi ilə oyunda huşunu itirən orta xətt oyunçusuna bir ömür gəzdirəcəyi kardioverter-defibrillyator (İCD) cihazı qoşulmuşdu. Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimlənməsinə kömək edir və ürəyin qəfildən dayanmasının qarşısını alır.
Nihat