
"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr bu yay komandadan ayrıla bilər.
Fanat.Az "Football Insider"ə istinadən xəbər verir ki, təcrübəli oyunçunun bir neçə ay əvvəl bağladığı yeni müqavilə onun klubdakı gələcəyini təmin etməyib.
Maykl Kerrikin rəhbərlik etdiyi "qırmızı şeytanlar" rəsmi təklifləri dəyərləndirməyə hazırdır.
Klub rəhbərliyi yalnız futbolçu üçün təyin olunan transfer qiyməti ödənildiyi halda satışa yaşıl işıq yandıracaq.