
UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"ın rəqiblərindən olan "Vikinq"in (Norveç) futbolçusu Ola Visted cari mövsümün sonunadək icarə əsasında KFUM klubunun formasını geyinəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "Vikinq"in mətbuat xidməti yayıb.
21 yaşlı Vistedin Stavanger təmsilçisi ilə müqaviləsinin müddəti isə 2029-cu ilin sonuna qədər nəzırdə tutulub.
Qeyd edək ki, "Vikinq" - "Sabah" qarşılaşması noyabrın 4-də baş tutacaq. "Bayquşlar" 1-ci turda səfərdə "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzublar.
Toğrul