
"Qalatasaray" "Real Madrid"in ulduz yarımmüdafiəçisi Eduardo Kamavinqanın transferi üçün ciddi addımlar atıb.
Fanat.Az türkiyəli jurnalist Mehmet Özkana istinadən xəbər verir ki, İstanbul təmsilçisi həm İspaniya klubu, həm də fransalı futbolçunun özü ilə rəsmi təmasa keçib.
"Real Madrid" bu keçid üçün 50 milyon avro tələb edir.
23 yaşlı ulduz oyunçunun isə "sarı-qırmızılılar"dan illik 15 milyon avro maaş istədiyi bildirilir.