
İngiltərənin "Vulverhempton" klubu köhnə hücumçusu Raul Ximenesi yenidən heyətinə qatdığını elan edib.
Fanat.Az xəbər verir ki, son olaraq "Fulhem" forması geyinən meksikalı qolçu klub rəhbərliyi ilə razılaşaraq azad agent kimi sabiq komandasına transfer olunub.
Təcrübəli forvard daha əvvəl 2018-2023-cü illər aralığında bu komandada meydana çıxdığı 169 rəsmi matçda 57 qol və 23 məhsuldar ötürmə ilə yadda qalmışdı.
İndi isə o, gələn mövsüm Çempionşipdə mübarizə aparacaq "Volves"in yenidən Premyer Liqaya yüksəlməsi üçün hücum xəttində əsas güc olacaq.