
"Kalyari" baş məşqçisi Fabio Pizakane ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı Sardinya klubunun rəsmi saytı yayıb.
2025-ci ildə daha öncə gəncləri ilə tarixdə ilk dəfə İtaliya Kubokunu qazandığı klubun əsas komandasının "sükanı arxası"na keçən Pizakane 2+1 illik anlaşmaya imza atıb.
Qarşısına A seriaysında qalmaq tapşırığı qoyulan "Kalyari" elitadakı mübarizəni 43 xalla 14-cü pillədə başa vurub.
Xatırladaq ki, son İtaliya çempionu "İnter"dir. Kristian Kivunun çalışdırdığı kollektiv geridə qalan mövsümdə İtaliya Kubokunu da qazanıb.
Toğrul