
Dünya çempionatının startına sayılı günlər qala Belçika düşərgəsində ciddi təhlükəsizlik tədbirləri görülüb.
Fanat.Az "Nieuwsblad" qəzetinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Rudi Qarsiya Misir ilə keçiriləcək açılış matçı öncəsi məşq meydançasının ətrafına xüsusi örtüklər çəkilməsini tələb edib.
Təcrübəli mütəxəssis bu addımla taktiki planların kənardan izlənilməsinin və rəqibə ötürülməsinin qarşısını almağa çalışır.
Bazar ertəsi baş tutacaq böyük qarşılaşma öncəsi Belçika millisi hazırlıqlarını tamamilə qapalı qapılar arxasında davam etdirir.