
"Barselona" "Yuventus"un cinah müdafiəçisi Andrea Kambyazonu heyətinə qatmağı yollarını aramağa davam edir.
Fanat.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, Kataloniya klubu arxa xətt oyunçusunun transferi qarşılığında öz müdafiəçisi Ronald Arauxonu da Turin təmsilçisinə verməyə hazırdır.
"Yuventus"un baş məşqçisi Luçano Spallettinin Andreanın performansını bəyəndiyi, lakin "ağ-qaralar"ın rəhbərliyinin onu satmaq variantını uyğun saydığı diqqətə çatdırılıb.
Geridə qalan mövsümdə "qoca sinyora"nın heyətində bütün turnirlərdə 47 matça çıxan Kambyazo 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı futbolçunun turinlilərlə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 20 milyon avro məbləğində dəyərləndirir.
Nihat