
Avropanın iki böyük klubu — "Liverpul" və "Barselona" "Tottenhem"in müdafiəçisi Miki van de Venin klubdakı vəziyyətini yaxından izləyir.
Fanat.Az xəbər verir ki, niderlandlı müdafiəçinin London təmsilçisi ilə yeni müqavilə imzalaması ətrafında yaranan qeyri-müəyyənlik digər nəhəngləri hərəkətə gətirib.
Həm ingilislər, həm de kataloniyalılar mərkəz müdafiəçisinin transferində maraqlı olsalar da, "Tottenhem" onu komandada saxlamaqda israrlıdır.
Futbolçunun sərbəstqalma qiymətini təxminən 100 milyon funt-sterlinq dəyərində qiymətləndirir.