
Müdafiə xəttindəki boşluqları doldurmaq istəyən "Çelsi" klubu "Kristal Pelas"ın mərkəz müdafiəçisi Maksens Lakruanın transferində olduqca maraqlıdır.
Fanat.Az xəbər verir ki, "Kristal Pelas" rəhbərliyi fransalı müdafiəçinin satışına icazə vermək üçün ilk növbədə onun yerini dolduracaq keyfiyyətli bir oyunçu tapmağı şərt qoyub.
Bu transferin reallaşması üçün "zadəganlar"ın kifayət qədər böyük bir məbləğdən keçməli olacağı qeyd edilir.
Danışıqların yaxın günlərdə rəsmi müstəviyə daşınması gözlənilir.