
Mövsüm başa çatandan sonra "Real Madrid"in baş məşqçi postuna gətirilən Joze Mourinyu "Barselona"ya münasibəti ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin sözlərini " Vanity Fair" belə çatdırıb:
"Real"ı sevdiyimi inkar etmirəm. Məhz buna görə qayıtmışam, amma "Barselona"ya qarşı heç bir hissim yoxdur. Onlara qarşı oynamaq xoşuma gəlir. Çünki ən güclülərlə üz-üzə gəlməyi sevirəm. Ən yaxşılara qarşı mübarizə aparırsansa, özün də ən yaxşı olursan".
Xatırladaq ki, Mourinyu daha öncə 2010-2013-cü illər aralığında da Madrid komandasını çalışdırıb.
Toğrul