
İngiltərə Premyer Liqasının iddialı klublarından "Çelsi" heyətini gücləndirmək üçün transfer bazarında ciddi addımlar atmağa davam edir.
Fanat.Az xəbər verir ki, "zadəganlar" "Atalanta"nın gənc müdafiəçisi Marko Palestranın keçidi üçün İtaliya klubu ilə danışıqlarda böyük irəliləyiş əldə ediblər.
Həm mərkəzdə, həm də hər iki cinahda müdafiəçi kimi oynamaq bacarığı olan İtaliya millisinin üzvünə "İnter" də maraq göstərsə də, oyunçunun özü Londona köçməyə üstünlük verir.
Palestranın bu universal keyfiyyətləri komandanın yeni baş məşqçisi Xabi Alonsonun taktiki planları üçün mükəmməl bir seçim olaraq dəyərləndirilir.