
Bundesliqa çempionu "Bayern Münhen" müdafiə xəttini gücləndirmək üçün başlatdığı transfer mübarizəsində istəyinə nail olub.
Fanat.Az xəbər verir ki, Münhen təmsilçisi gənc cinah müdafiəçisi Nataniel Braunun transferi üzrə yarışı qalib bitirib.
İddialara görə, "Arsenal" və "Mançester Yunayted" klubları son anda transferi öz xeyirlərinə dəyişməyə çalışsalar da, Braunun şəxsi seçimi hər zaman "Bayern" olub.
"TEAMtalk" nəşrinin yaydığı məlumata əsasən, Bundesliqa çempionu bu transfer üçün 55 milyon avro təzminat ödəyəcək.