
İngiltərənin "Liverpul" klubu heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı Mersisayd klubunun rəsmi saytı yayıb.
Fransa təmsilçisi "Renn"də çıxış edən Jeremi Jake heyətə qatılıb. 20 yaşlı mərkəz müdafiəçisi ilə uzunmüddətli müqavilə imzalanıb.
Jake Fransanın aşağı yaş qruplarından ibarət millilərində oynayıb.
Xatırladaq ki, ötən mövsümün sonunda "qırmızılar"ın baş məşqçi postunu tərk edən niderlandlı mütəxəssis Arne Slotun yerini 43 yaşlı ispaniyalı Andoni İraola tutub.
Toğrul