
İngiltərə nəhəngi "Mançester Yunayted" böyük transfer həmləsini son anda dayandırıb.
Fanat.Az "BBC Sport" radiostansiyasına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Vest Hem"in ulduzu Mateus Fernandesin 85 milyon funt-sterlinqlik transfer müqaviləsindən rəsmən geri çəkilib.
Klub rəhbərliyinin bu qərarı verməsinə səbəb, Fernandesin digər klublar qarşısında məhz "Mançester Yunayted"i seçmək istəyinə tam əmin olmamalarıdır.
"Mançester Yunayted" rəhbərliyi yalnız Old Offordda oynamağı ürəkdən istəyən və real bazar dəyəri olan futbolçuları almaq prinsiplərinə sadiq qalacağını nümayiş etdirib.