
Almaniyanın "Maynts" klubunda çıxış edən Yaponiya millisinin 25 yaşlı yarımmüdafiəçisi Kayşu Sano Avropa nəhənglərinə rəqib olub.
Fanat.Az "BuliNews" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" yaponiyalı ulduza çox ciddi maraq göstərir.
Dünya çempionatında Braziliyaya qol vurmağı bacaran futbolçunu "Arsenal", "Mançester Yunayted" və "Borussiya Dortmund" klubları da yaxından izləyir.
"Maynts" klubu ilə 2028-ci ilə qədər rəsmi müqaviləsi olan Sanonun transferi üçün Almaniya təmsilçisinin təxminən 50-60 milyon avro tələb edəcəyi bildirilir.