
Portuqaliya millisinin yarımmüdafiəçisi Mateuş Fernandeşin yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, 21 yaşlı futbolçu "Vest Hem"i İngiltərə Premyer Liqasının (İPL) digər təmsilçisi "Tottenhem"ə dəyişib.
Məlumatı "mahmızlar"ın rəsmi saytı yayıb.
"Sportinq" klubunun akademiyasının yetirməsi olan Fernandeş 2025-ci ilin avqustundan "Vest Hem"in uğurları üçün çalışırdı. O, ötən mövsüm "çəkicdöyənlər"in heyətində İPL-də 36 matça çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Fernandeş bu ilin aprelində ABŞ-yə qarşı keçirilən yoldaşlıq görüşündə Portuqaliyanın əsas millisində debütünü reallaşdırıb.
Toğrul