
Haitidə anadan olan 17 yaşlı vinger Kiki Ramos karyerasında ilk dəfə Argentina U-17 yığmasına çağırılıb.
Fanat.Az xəbər verir ki, "Veles Sarsfild"in şərəfini qoruyan gənc istedad xəbəri virtual riyaziyyat dərsi zamanı öyrəndiyini bildirib.
Ramos açıqlamasında duyğularını bölüşərək, mesajı görəndə əvvəlcə buna inanmadığını və dərhal valideynlərinə xəbər verdiyini qeyd edib.
Bu dəvət futbolçunun inkişafında böyük bir mərhələ hesab olunur.