11:13 04.07.2026 1075

"Sabahın Ulduzları" Bakı Kuboku ilə bağlı məlumatlandırma sessiyası keçirilib

2025-2028-ci illəri əhatə edən Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə keçiriləcək "Sabahın Ulduzları" Bakı Kuboku uğrunda yarışlara həsr olunmuş məlumatlandırma sessiyası təşkil edilib.
Fanat.Az tədbirdə AFFA və BFF rəsmiləri, Bayıl stadionunun, komandaların nümayəndələri, məşqçiləri iştirak ediblər.
Sessiya Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sessiyada məlumat xarakterli video-çarxın nümayişindən sonra Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov "Sabahın Ulduzları" Bakı Kubokunun futbolun inkişafı, gənc futbolçuların yarış təcrübəsinin artırılması və perspektivli istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, eyni zamanda bu yarışların 2026-cı ildə Azərbaycanda keçiriləcək U-15 Dünya çempionatı və festivalına bu yaş qrupu üzrə Milli komandanın formalaşdırılması üçün seleksiya xarakteri daşıyacağını vurğulayıb. “Sabahın Ulduzları” layihəsinin rəhbəri yarışların “CBC Sport” kanalında canlı yayımlanmasının yeniyetmə futbolçuların məsuliyyətini və ümumi marağı artıracağını bildirib, bütün oyunların BFF vasitəsilə sosial platformlarda göstəriləcəyini diqqətə çatdırıb.
Daha sonra AFFA-nın texniki direktorunun köməkçisi Ramiz Kərimov gənc futbolçuların inkişafında məşqçilərin rolundan, təlim-məşq prosesinin keyfiyyətinin artırılmasının vacibliyindən və yaş qruplarında futbolun inkişaf perspektivlərindən danışaraq U-15 Dünya çempionatına hazlığın əhəmiyyətini xüsusi qeyd edib.
AFFA Hakimlər Komitəsinin hakim-mütəxəssisi Orxan Məmmədov “Sabahın Ulduzları” yarışlarında oyunlara 4 hakimin cəlb ediləcəyini, ədalət təmsilçilərinin idarəçiliyinin hakim-inspektorlar tərəfindən qiymətləndiriləcəyini xüsusi qeyd edərək son illərdə belə yanaşmanın uşaq, yeniyetmə və gənclər futbolunda ilk dəfə olduğunu, AFFA Hakimlər Komitəsi və BFF tərəfindən oyunların nəzəri təhlilinin keçiriləcəyinə müsbət yanaşdığını bildirib. 
AFFA Oyunların Təşkili Departamentinin nümayəndəsi, Könüllülər Proqramının koordinatoru və BFF-nin departament rəhbəri Fərid Nağdaliyev yarışın əsasnaməsi, formatı, oyunların təşkili, iştirakçıların hüquq və vəzifələri, eləcə də təşkilati məsələlərlə bağlı ətraflı təqdimat edib.
Bayıl stadionunun nümayəndəsi Paşa Məmmədov arenanın yenidən əsaslı təmiri ilə bağlı iştirakçıları məlumatlandırıb, “Sabahın Ulduzları” yarışlarının təşkilində əllərindən gələni əsirgəməyəcəklərini bildirib. 
Tədbirin sonunda məşqçilər və klub nümayəndələrinin iştirakı ilə sual-cavab sessiyası keçirilib. Yarışın əsasnaməsi, təşkilati məsələlər və oyunların keçirilməsi ilə bağlı suallar AFFA və BFF rəsmiləri tərəfindən ətraflı cavablandırılıb.
Qeyd edək ki, "Sabahın Ulduzları" Bakı Kuboku uğrunda yarış U-14 və U-15 yaş qrupları üzrə təşkil olunacaq. Hər yaş qrupunda 12 komanda iştirak edəcək və oyunlar avqust-sentyabr aylarında keçiriləcək.

Fanat.Az
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 Avqust 2026
12:51

Nkunku Almaniyaya qayıtmağa yaxındır

12:17

Balde "Barselona"dan ayrılmağa qərar verdi - SON DURUM

11:43

"Araz-Naxçıvan"da heyətlə bağlı son durum bilindi: Biri sıraya döndü, biri isə...

11:02

"Atalanta" Elmasın transferini açıqladı

10:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:07

"Barselona"nın Lautaro istəyi düyünə düşdü - "İnter" hücumçusunu bu qiymətə də satmaq istəmir

09:39

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

MPL: "Turan Tovuz" "Şamaxı"ya qarşı, "Neftçi"nin "Araz-Naxçıvan" sınağı

02:22

La Liqa: "Real Madrid" səfərdən 3 xalla dönür

01:59

Liqa 1: "Lans" "Oser"i məğlub etdi

01:44

A Seriyası: "İnter" darmadağına sevindi

01:29

Super Liqa: "Fənərbağça" inamlı qələbəyə sevindi

01:12

Premyer Liqa: "Tottenhem" darmadağına uğradı

00:46

"Olduqca gərgin və maraqlı oyunun şahidi olduq" -Rəşad Sadıqov

00:17

"Gənc futbolçulara şans vermək klubun strategiyasıdır" - Fərid Namazov

22 Avqust 2026
23:29

Kaxaber Tsxadadze "Şəfa" ilə matçdan sonra nə danışdı?

23:12

Zaur Həşimov "Qəbələ" üzərində qələbəni belə şərh etdi

22:39

MPL: "Şəfa" "Qəbələ"ni məğlub etdi, "Zirə"dən inamlı qələbə

22:09

Andre Almeyda "Selta" yolunda

21:44

Qana milli komandasında Bisivu planı

21:12

Beto İtaliyaya qayıda bilər

20:46

Santyaqo Ximenes "Portu" yolunda

20:17

"Arsenal" yeni Xviçanı tapdı

19:54

"Lids Yunayted" Mudriki icarəyə götürmək istəyir

19:14

Niko Qonzalesin gedişinə yaşıl işıq yandırıldı

18:48

"Mançester Siti" braziliyalı ulduz üçün 35 milyon təklif edir

18:22

"Yuventus" Frenki de Yonqu "radara alıb"

17:45

İtaliya təmsilçisi Torreyranı alır

17:12

Səudiyyə Ərəbistanı klubu Talişkanı rənglərinə bağlamaq istəyir

16:40

Messi rəqibini vurduğuna görə cərimələndi

16:08

Məmmədzadə yeni müqaviləyə imza atdı

15:50

"Sevilya" gürcüstanlı futbolçunu heyətinə qatdı

15:11

"Çelsi"də yeni müqavilə

14:47

Xose Manuel Armada Sarko “Sabahın Ulduzları” layihəsi ilə bağlı təəssüratlarını bölüşdü

14:15

Di Maria karyerasını bitirmək istəyir

13:48

Parşkova "Murov Az Terminal"da

13:10

"Qalatasaray"ın futbolçusu Fransa klubuna transfer olundu

12:50

Malayziya klubu dünya rekorduna imza atdı

12:09

Qoretska İPL klubuna keçməyə yaxındır

11:44

Belçika İspaniyaya, Rumıniya Niderlanda qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X