
Son günlərin ən çox müzakirə olunan mövzularından biri, "Ferenstvaroş"un 26 yaşlı sağ cinah müdafiəçisi Cebrail Makreçkisin "Qarabağ"a mümkün transferi idi.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin bu futbolçunu heyətinə qatmağa yaxın olduğu iddia edilsə də, işlər gözlənildiyi kimi getməyib.
Ulduz futbolçu öz rəsmi "Instagram" hesabında İstanbul hava limanından paylaşım edib.
Məlumata görə, Latviya və Almaniya vətəndaşlığı daşıyan sağ cinah müdafiəçisi, Super Liqa təmsilçisi "Samsunspor"la anlaşıb. Son ana qədər "köhlən atlar"ın heyətinə qatılacağı iddia edilən Makreçkisin bu addımı, transfer bazarlarında hər an hər şeyin dəyişə biləcəyini göstərir.
Kamil Xudiyev