
Türkiyə çempionu "Qalatasaray" hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az İtaliyanın məşhur "Tutto Mercato" nəşrinə istinadən xəbər verir ki, "sarı-qırmızılılar" "Milan"ın amerikalı vingeri Kristian Pulisiç ilə yaxından maraqlanır.
İstanbul təmsilçisinin təcrübəli futbolçunun transfer şərtlərini öyrənmək üçün İtaliya klubu ilə ilkin təmaslara başladığı bildirilir.
Pulisiçin "Milan" ilə müqavilə durumu və gələcək planları bu keçidin taleyini müəyyənləşdirəcək.