
İtaliyanın "Milan" klubunda çıxış edən portuqaliyalı ulduz Rafael Leaunun gələcək karyerası ilə bağlı gözlənilməz iddia ortaya atılıb.
Fanat.Az "HT Spor"a istinadən xəbər verir ki, futbolçu avqust ayına qədər Premyer Liqadan təklif almazsa, "Qalatasaray" dərhal transfer üçün dövrəyə girəcək.
İstanbul nəhəngi hücum xəttini dünya səviyyəli vingerlə gücləndirməkdə qərarlıdır.
Leaunun İngiltərə klublarından gələcək xəbərləri gözlədiyi vurğulanır.