
"Barselona"nın gənc ulduzu Lamin Yamal komandanın heyətini gücləndirmək üçün klub rəhbərliyinə müraciət edib.
Fanat.Az xəbər verir ki, gənc hücumçu "Tottenhem"in cinah müdafiəçisi Pedro Porronun transfer edilməsini rəhbərlikdən istəyib.
London təmsilçisinin isə İspaniya millisinin heyətində uğurlu çıxış edən müdafiəçi üçün 75 milyon avro təzminat tələb edəcəyi bildirilir.
Kataloniya klubunun bu böyük məbləği ödəyərək transferi reallaşdırıb-reallaşdırmayacağı idman ictimaiyyətində böyük maraq doğurur.