
Polşa Ekstraklasasının 1-ci turu çərçivəsində "Rakuv" öz meydanında "Visla Plotsk"u qəbul edib.
Fanat.Az xəbər verir ki, gərgin keçən qarşılaşma ev sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli matça ilk 11-likdə başlayıb. Lakin təcrübəli futbolçu görüşün 56-cı dəqiqəsində əvəzlənərək yerini A. Molnara təhvil verib.
Meydanda olduğu müddətdə fəallığı ilə seçilməyə çalışan milli üzvümüzün əvəzlənməsindən sonra da komandası xal itkisindən qaçmağı bacarmayıb.
Kamil Xudiyev