
"Bayer Leverkuzen" heyətinə yeni oyunçu qatıb.
Fanat.Az xəbər verir ki, "əczaçılar" "Hoffenhaym"dan sağ cinah müdafiəçisi Luka Erlaynı transfer edib.
Məlumatı Leverkuzen klubunun mətbuat xidməti yayıb.
19 yaşlı almaniyalı futbolçunun keçidi üçün qarşı tərəfə 2 milyon avro təzminat ödənilib. Erlayn müddəti 2030-cu ilin 30 iyun tarixinə qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, Almaniyanın U-19 millisinin üzvü olan Luka "Hoffenhaym"ın ikinci komandasında çıxış edirdi.
Toğrul