
Transfer pəncərəsinin son iki həftəsində İngiltərədə böyük sövdələşmə baş tuta bilər.
Fanat.Az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "Mançester Siti" "Çelsi"nin argentinalı ulduz yarımmüdafiəçisi Entso Fernandesin nümayəndələri ilə danışıqları davam etdirir.
"Şəhərlilər" fərqli bir təzminat məbləği üzərində "Çelsi" ilə ortaq məxrəcə gələ biləcəklərinə inanırlar.
Mançester təmsilçisinin yaxın günlərdə rəsmi təkliflə London klubunun qapısını döyəcəyi gözlənilir.