
Yaponiyalı qolkiper Ziyon Suzukinin Fransa nəhəngi PSJ-yə keçidi gözlənilmədən ləğv olunub.
Fanat.Az xəbər verir ki, transferin ləğv olunmasına futbolçunun nümayəndələrinin Paris klubuna təqdim etdiyi 3 ağır və fantastik tələb səbəb olub.
Transferi pozan həmin 3 şərti təqdim edirik:
Müqavilə imzalanan kimi agentə zəmanətli 5 milyon avro komissiya haqqının ödənilməsi, 2027-ci ildən etibarən komandada zəmanətli 1 nömrəli qapıçı statusunun verilməsi, başqa kluba icarəyə veriləcəyi təqdirdə bunun yalnız Çempionlar Liqasında mübarizə aparan klublara şamil olunması.
Paris təmsilçisinin rəhbərliyi bu şərtləri qəbul etməyərək danışıqları dərhal dayandırıb və transfer masasını tərk edib.