
Azərbaycan 1-ci Liqasında 2-cu tura yekun vurulur.
Fanat.Az xəbər verir ki, turun üçüncü günündə 1 oyun keçiriləcək.
Bağlanış matçında favoritlərdən olan MOİK "Şimal"la üz-üzə gələcək. Oyun Binədə keçiriləcək. Beləliklə, tur başladığı məkanda bitəcək.
MOİK ilk turda "Şahdağ Qusar"a uduzubsa (0:1), "Şimal" "Gəncəbasar" ilə bacarmayıb (1:2).
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şahdağ Qusar” “Karvan-Yevlax”ı (2:0), “Zaqatala” “Baku Sportinq”i (3:0), “Səbail” “Mingəçevir”i (2:1) və “Gəncəbasar” “Xankəndi”ni (2:1) məğlub edib.
1-ci Liqa
2-ci tur
11 sentyabr
16:30. MOİK – “Şimal”
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Rasim Axundov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu.