
UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tur yekunlaşıb.
Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da bu gün imtahanına çıxıb.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda İngiltərə nəhəngi "Mançester Yunayted"in qonağı olub. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.
Bakı vaxtı ilə saat 23:00-da başlayan görüşü fransalı hakimlər briqadası idarə edib. Matçın baş hakimi Villi Delajoya həmyerliləri Ervan Finjan və Valentin Evrar ona kömək ediblər. Dördüncü hakim funksiyasını Matye Vernis yerinə yetirib.
VAR hakimi almaniyalı Jerom Brizar, onun assistenti isə serbiyalı Momçilo Markoviç olub.
Qeyd edək ki, "Sabah" Liqa mərhələsində növbəti oyununu 13 oktyabrda evdə Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirəcək. Praqalılarla görüş Bakı Olimpiya Stadionunda təşkil olunacaq və saat 20:45-də başlayacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
10 sentyabr
Mançester Yunayted (İngiltərə) - Sabah (Azərbaycan) 4:0
Qollar: Mateus Kunya, 27. Brunu Fernandes, 42. Benjamin Şeşko, 45. Lisandro Martines, 68.
Hakimlər: Villi Delajo, Ervan Finjan, Valentin Evrar, Matye Vernis (hamısı Fransa).
Mançester. "Old Trafford".
"Mançester Yunayted": 1. Senne Lammens, 3. Nusser Mazravi, 6. Lisandro Martines, 8. Brunu Fernandeş, 10. Mateus Kunya, 13. Patrik Dorgu, 15. Leni Yoro, 18. Yuri Tilemans, 19. Brayan Mbeumo, 30. Benjamin Şeşko, 37. Kobbi Maynu
Ehtiyat oyunçular: 12. Karl Darlou, 45. Dermot Mi, 2. Diqo Dalot, 5. Harri Maquayr, 7. Meyson Maunt, 9. Markus Reşford, 11. Coşua Zirksi, 17. Andre Santos, 26. Ayden Hiven, 31. Şey Leysi, 39. Tayler Fletçer, 41. Harri Amas.
"Sabah": 92. Stas Pokatilov, 4. Aden Makkarti, 5. Rəhman Daşdəmirov, 7. Umarali Rəhmonəliyev, 8. Kristian Nvaxukvu, 11. Kahim Parris, 13. İvan Lepiniça, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 27. Timoş Puxaç, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 6. Abdulla Xaybulayev, 10. Aleksey İsayev, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 33. Erivaldo Almeyda, 37. Du Keyroz, 88. Rodriqo Fernandes, 89. Cəfər Muxtarov, 99. Orfe Mbina.